Xırdalan şəhərində top mərmisi tapıldı

Xırdalan şəhərində mərmi aşkarlanıb. APA TV xəbər verir ki, bu barədə iyulun 4-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinə məlumat verilib.

 

Məlumatda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 ədəd mərminin tapıldığı bildirilib.

 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 115 mm-lik top mərmisi (boş) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR