"Azərsu": Sabahdan su təchizatı əvvəlki qaydasına düşəcək
“Həm Kür sutəmizləyici qurğuları, həm Ceyranbatan sutəmizləyici qurğuları, həm də Oğuz-Qəbələ-Bakı su kəməri və Şollar su kəməri tam gücü ilə işləyir”. Bunu APA TV-yə açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, artıq səhər saatlarında şəhərin bəzi ərazilərində suyun verilişi bərpa olunub: “İndi əsas işimiz odur ki, gün ərzində anbarlarımıza kifayət qədər həcmdə su ehtiyatları toplayaq. Eyni zamanda magistral xətlərdə və şəbəkədə təzyiq yaradaq ki, axşam saatlarında abonentlərimizin böyük əksəriyyətini su ilə təmin edə bilək. Ümumiyyətlə, günün sonuna hədəfimiz odur ki, əksər abonentlərimiz su ilə təmin olunsun. Ola bilər, lokal problemlər olsun, hansısa yüksək mərtəbəli binaların yuxarı mərtəbələrinə su qalxmasın. Qalxsa belə, təzyiq olmasın. Yaxud Bakı ətrafı kənd və bəzi qəsəbələrin müəyyən hissələrində su olmasın. Amma artıq növbəti gündən tam rejimi bərpa edəcəyik”.
Anar Cəbrayıllı əlavə edib ki, hazırda Bakının əksər rayonlarına su verilib: “Yasamalın böyük bir hissəsinə su verilib. Səbailin Badamdar və Milli Məclisin ətrafı istisna olmaqla böyük bir hissəsinə su verilib. Xətai, Nəsimi və Nərimanov rayonların böyük bir hissəsinə su verilib. Əsas hissəsinə axşam saatlarında su veriləcək. Sabunçu rayonuna, Bakıxanov qəsəbəsinin əksər hissələrinə axşam saatlarında su veriləcək. Suraxanı rayonunun böyük bir hissəsinə su verməyi planlayırıq”.
Ən çox şikayət daxil olan ərazilərdə əhalinin suya olan tələbatını ödəmək üçün də müvafiq tədbirlər görülür: “Kənd Hövsandan, Badamdardan, Sabunçu qəsəbəsindən şikayətlər gəlir. Bir məsələni qeyd edim ki, biz ötən gün Hökməli qəsəbəsinə, Suraxanı rayonunun Samir Əliyev qəsəbəsinə maşınlarla içməli su verdik. Çünki orda suyun fasilə müddəti daha çox idi. Biz ən həssas və zəif nöqtələrimizi bilirik. Çalışacağıq ki, həmin əraziləri də su ilə təmin edək”.
Sonda "Azərsu" rəsmisi sabahdan etibarən ölkədə su təchizatının əvvəlki məcrasına düşəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub