İsmayıllıda sərnişin mikroavtobusu yük maşını ilə toqquşdu: 6 yaralı

İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "Mercedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub.

 

Hadisə zamanı İsmayıllı və Bakı sakinləri - 2014-cü il təvəllüdlü Ruhin Mehdi oğlu Oruclu, 1953-cü il təvəllüdlü Ağaverdi Əli oğlu Şükürov, 1959-cu il təvəllüdlü Rafiq Salam oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Mehdi Əlişir oğlu Orucov, 2011-ci il təvəllüdlü Tunar Ceyhun oğlu Babazadə və 1966-cı il təvəllüdlü Əlişir Cahangir oğlu Orucov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR