Lənkəranda velosipedçini traktor vurdu
Lənkəranda velosipedçini traktor vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Vilvan kəndində qeydə alınıb.
Qəza 38 yaşlı Laçın Gözəlov işdən çıxıb evə gedən zaman baş verib. O, sol bud sümüyünün bir neçə yerdən qapalı sınığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilib.
Laçın Gözəlov xəstəxanaya daxil olarkən əvvəlcə ağacdan yıxıldığını bildirsə də, sonradan onu velosiped sürərkən traktorun vurduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
655
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
552
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
761
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1173
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1242
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1181