BƏƏ İran vətəndaşlarının mülkiyyətinə əl qoyacaq

Birləşmiş Ərəb Əmirlikləri bir sıra İran vətəndaşlarının mülkiyyətinə əl qoyacaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə BƏƏ-nin Qiymətli Kağızlara Nəzarət Qurumundan açıqlama verilib.

 

Bildirilib ki, sanksiya siyahısına daxil edilən İran vətəndaşlarının və bir sıra firmaların hesabları dondurulacaq. Siyahıda tam olaraq kimlərin adının olduğu qeyd olunmasa da, bu şəxslərin bölgəni təhlükə altında qoyduğu və İran İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi "Qüds Gücü" təşkilatına milyonlarla dollar pul xərclədiyi bildirilir.

 

Qeyd edək ki, bir müddət öncə ABŞ tərəfindən 6 fiziki və 3 hüquqi şəxs barədə sanksiyaların tətbiq olunması qərarı verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR