İranda Babək qalasına yürüş öncəsi həbslər başlayıb

İran təhlükəsizlik qüvvələri Babək qalasına ənənəvi yürüşə bir neçə gün qalmış azərbaycanlı fəalları saxlayıb.

 

APA TV-nin Gunaz.tv-yə istinadən xəbərinə görə, həbslərə iyulun 2-dən başlanıb.

 

Polis evlərə və iş yerlərinə gələrək siyasi fəalları yaxalayıb. Tapılmayan şəxslərin təqibi olunduğu bildirilir.

 

Müxtəlif şəhərlərdə saxlanılan 14 nəfər bunlardır: Abbas Lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd, Abdullah Huşmənd, Rəhim Sasani, Səccad Sidqi, Mürtəza Məhəmmədi, İbrahim Nuri, Cəfər Rüstəmirad, Səccad Colani, Müctəba Əbdüli.

 

Bir neçə nəfərə Babək qalasına yürüşdə iştirak etməməklə bağlı şifahi xəbərdarlıq edilib, aksiyada iştirak edəcəkləri təqdirdə, saxlanılacaqları bildirilib.

 

Tarixi adı Bəzz qalası olan Babək qalası İranın Kəleybər şəhərində yerləşir. Qalaya yürüş iyulun 5-də və 6-da keçiriləcək. Həbslər ənənəvi olaraq yürüş ərəfəsində keçirilir. Məqsəd yürüşün qarşısını almaq, iştirakçıların sayını azaltmaqdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR