İŞİD liderinin oğlu öldürüldü
İŞİD terror təşkilatının lideri Əbu Bəkr Bağdadinin oğlunun öldürüldüyü açıqlanıb.
APA TV-nin məlumatına görə, Bağdadinin oğlanlarından biri olan Hudayfay əl-Bədrinin Suriyadakı döyüşlərdə öldürüldüyü bildirilir.
İŞİD-in təbliğat maşını olan AMAQ agentliyinin xəbərində əl-Badrinin Homs şəhərindəki istilik elektrik stansiyasına edilən hücum zamanı öldürüldüyü qeyd olunub: "Əl-Badri Homsda nusayrilərə və ruslara qarşı həyata keçirilən bir əməliyyatda öldürülüb".
AMAQ açıqlamanın yanında əlində tüfəng olan bir oğlan fotosu da yayıb.
Qeyd edək ki, Əbu Bəkr Bağdadinin harada olduğu, yaşayıb-yaşamadığı bilinmir. Bir neçə dəfə onun öldürülməsi xəbəri yayılıb. İŞİD lideri "dünyanın ən çox axtarılan adamı" olaraq tanınır. ABŞ Bağdadinin başına 25 milyon dollar qoyub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub