Belçikada 19 yaşlı müsəlman qızın bədəninə xaç çəkdilər

Belçikada müsəlmanlara qarşı zorakılıq halları davam edir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Belçikada 19 yaşlı müsəlman qız 2 nəfərin hücumuna məruz qalıb.

 

Brüsseldən 60 km məsafədə yerləşən Anderlus qəsəbəsində hücum edən irqçi şəxslər gənc qızın paltarını cıraraq bədəninin bir neçə yerində kəsici alətlə xaç şəkli çəkiblər. Qaçmağa çalışan qızı qovlayarkən isə "pis müsəlman" ifadələri işlədərək onu təhqir etməyə başlayıblar.

 

Daha sonra hücum edən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR