"Brent" neftinin qiyməti dəyişmədi
Amerika Neft İnstitutunun hesabatına görə, ölkədəki xam neft ehtiyatları ötən həftə 4,51 milyon barel azalıb.
APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti krallığın ehtiyac olduğu halda, əlavə gücündən istifadə etməyə hazır olduğunu açıqlayıb. Həmçinin Rusiya ilə birlikdə OPEC-in ortaqları istehsalı gündəlik 1 milyon barel artırmaqla bağlı razılaşması vurğulanıb.
Liviya, Kanada və Venesueladan qaynaqlanan səbəblərdən beynəlxalq istehsalda azalma var. Digər tərəfdən, ABŞ İranın neft bazarına məhsul çıxarmasının qarşısını almağa çalışır. Bu, qiymətlərə müsbət təsir edən amillərdir.
Bəzi mütəxəssislər "Brent" neftinin gələn ilki qiymətini 85 dollar civarında proqnozlaşdırır. ABŞ prezidenti Donald Tramp isə OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanına daha çox neft istehsal etmək və qiymətləri aşağı salmaqla bağlı təzyiqlərini davam etdirir.
Hazırda birjalarda "Brent" markalı neftin bir bareli ötən gün səhər saatlarında qeydə alınan qiymətə - 78 dollara, Qərbi Texas nefti isə nisbətən ucuzlaşaraq 74,42 dollara satılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub