Keçiddən istifadə etməyən piyadanı avtomobil vurdu - BAKIDA

Paytaxtın Nərimanov rayonunda piyadanı avtomobil vurub. APA TV-nin məlumatına görə, hadisə piyadanın keçiddən istifadə etməməsi səbəbindən baş verib.

 

Ağır yol nəqliyyat hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb. Oqtay Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobillə metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman qəfildən qarşısına piyada çıxıb. Nəticədə O.Qurbanov avtomobillə onu vurub. Zərbənin təsirindən piyada dəmir arakəsməyə dəyərək əks yola düşüb.

 

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırlıb və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

 

Yol qəzasının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR