Astarada narkotik alverçiləri ələ keçdi - SİFARİŞÇİSİ QADINDIR

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Astara rayonu ərazisində Astara şəhər sakini, 20 yaşlı Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metafitamin ilə saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, fakt üzrə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini, 31 yaşlı Abdullayeva Aynur Mahir qızı da saxlanılıb. Bundan sonra narkotik vasitənin sifarişçisi də müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirinin davamı olaraq Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­an Corat qəsə­bəsi sakini, 52 yaşlı Ağayeva Xalidə İlyas qızı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR