Xudatda qadın ərini qətlə yetirdi - AİLƏSİNİN YANINDA
Xudatda ailə-məişət zəminində qətl törədilib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə zamanı qadın ərini öldürüb.
30 yaşlı Osmanov Maarif Tofiq oğlu bıçaqlanaraq qətlə yetirilib. Yaxınlarının sözlərinə görə, M.Osmanovla həyat yoldaşı arasında əvvəllər bir neçə dəfə mobil telefon üstündə mübahisələr düşürdü. Qadının başqası ilə telefonla danışdığı deyilir.
"Saat 6-7 olardı. Mübahisə edirdilər. Qardaşım telefonu almaq istəyirdi. Qız da dedi ki, telefon mənimdir, vermirəm. Anam girib aralarına. Qız başqası ilə danışırdı deyə mübahisə düşürdü. Bu dəfə qızın qardaşı qardaşı Maarifin qollarından tutub, bu da bıçaqla ürəyinə vurub", - deyə mərhumun qardaşı Zakir Osmanov bildirib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadın saxlanılıb və ifadəsinin alınması üçün rayon prokurorluğuna aparılıb. Qətlin təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq