Gəncənin icra başçısına silahlı hücum edildi - ÖZÜ VƏ MÜHAFİZƏÇİ YARALANIB
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. APA TV-nin əldə etdiyi məlumata görə, axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətləri birgə məlumat da yayıb.
Məlumata görə, cinayəti törətmiş 1983-cü il təvəllüdlü Gəncə şəhər sakini Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib. Həmin şəxs saxlanılan zaman hadisə yerindən 3 ədəd giliz də götürülüb.
Hücum nəticəsində zərərçəkmiş E.Vəliyev və mühafizəçi Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq