Bakı metrosu bu günün sonuna qədər işləməyəcək - YOXLAMA GEDİR

Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropoliteninin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçirib.

 

Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.

 

Bununla yanaşı, bu günün sonlarına qədər metro qatarlarının xidmət göstərməyəcəyi də bildirilib. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR