Azərbaycanın enerji təchizatında yenidən problem yaranıb
Bakının enerji təchizatında yenidən problem yaranıb.
"APA-Economics"in məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırılıb.
Eyni zamanda bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər.
Bakıda elektrik enerjisinin verilişi kəsilməsi "Bakı Metropoliteni" QSC-nin də işinə mənfi təsir edib. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Gərginliyin çıxarılması ilə bağlı əmr verilib".
Son məlumata görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib. Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq