Gələn həftə Günəş tutulması baş verəcək
Bu ay Günəş tutulması (qismən tutulma) baş verəcək.
Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, 13 iyulda baş verəcək Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.
Onun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olacaq və saat 08:13:44-də sona çatacaq.
X.Mikayılov qeyd edib ki, Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.
Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq