İsrail fələstinlilərə 300 milyon dollarlıq yardımı kəsir

İsrail parlamenti fələstinli məhbuslarla şəhid ailələrinə verilən aylıq məvacibin kəsilməsini təklif edən qanun layihəsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, müzakirə olunan qanun parlamentin ikinci və üçüncü oxunuşlarında 87 səslə qəbul olunub, 15 deputat buna qarşı çıxıb.

 

Müdafiə naziri Aviqdor Liberman yanvar ayında verdiyi açıqlamada İsrail qanunlarını təsdiqləyən Nazirlər Komitəsinin fələstinli şəhidlərlə məhbus ailələrinə ödənilən pulun kəsilməsini təklif edən qanun layihəsi hazırladığını bildirmişdi. Mart ayında parlament ilk səsverməni keçirib.

 

İsrail hökuməti fələstinlilərə yardım adı ilə nəzarət altındakı sərhəd-keçid məntəqələrindən topladığı 2 milyard dolları, iki tərəf arasında imzalanan razılaşmaya görə, Fələstin xəzinəsinə ödəyir. Fələstin hökuməti isə bu vergilərdən İsrail həbsxanalarındakı məhbuslarla şəhid edilən şəxslərin ailələrinə simvolik maaş verir. Qeyd olunan qanunla vergilərdən təxminən 300 milyon dolların kəsilməsi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR