Danimarkada mühacir uşaqlarına yerli dəyərlər öyrədiləcək - MƏCBURİDİR

Danimarkada mühacirlərin uşaqlarına məcburən yerli dəyərlər öyrədiləcək.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, yeni qanuna əsasən, az gəlirli mühacirlərin uşaqlarına 1 yaşından etibarən "Danimarka dəyərləri" adlı dərslər keçiriləcək.

 

Əsasən müsəlman uşaqlarına şamil edilən qanunda həftədə ən azı 25 saat ərzində Milad, Pasxa və Danimarka dili haqqında dərslərin keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Danimarka parlamenti yaxın günlərdə mühacirlərin yaşadığı bölgələrdəki qanun pozuntularına görə cərimələri 2 dəfə artırmağı müzakirə edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR