Xaçmazda yeni məktəb açıldı
Xaçmazın Palıdlı kəndində yeni məktəb binasının açılışı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni tədris ocağı 2 mərtəbədən ibarətdir. Hazırda rayoda 4 məktəb və bir bağça binasının tikintisi aparılır. Tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə tanış olub.
APA TV-nin xəbərinə görə, Palıdlı kənd tam orta məktəbinin tikintisinə 1 il öncə başlanılıb.11 sinif otağından ibarət 220 şagird yerlik məktəbdə akt və idman zalları, kitabxana, müxətlif fənn kabinetləri, kompyuter otağı, yeməkxana var. Bina istilik sistemi ilə təchiz edilib. Məktəbdə Palıdlı ilə yanaşı ətrafda yerləşən 5 kəndin şagirdləri də təhsil alacaq. Şagirdlərin həmin yerlərdən məktəbə rahat gəlib-getmələri üçün Heydər Əliyev Fondu təhsil ocağına mikroavtobus ayırıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi