İsmayıllıda namus cinayəti: arvadını güllələdi, yanındakı kişini...
İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Kənd sakini Elçin Kamil oğlu Cəfərov ailə münaqişəsi zamanı ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ceyhunə Adil qızı Səfərovaya ağır bədən xəsarətləri yetirib. Üç uşaq anası Ceyhunə Səfərova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib.
Hadisəni törədən Elçin Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Elçin Cəfərov polisə verdiyi ilkin ifadəsində qətl hadisəsini namus üstündə törətdiyini bildirib. Belə ki, Elçin Cəfərov ötən gecə yaşadığı evə qayıdan zaman həyat yoldaşı Ceyhunə Səfərovanın 1988-ci il təvəllüdlü həmkəndlisi Məhəmmədəli Ağalar oğlu Həsənovla ona xəyanət etdiyini görüb. Elçin Cəfərov Məhəmmədəli Həsənovu döyərək, ona baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər yetirib, həyat yoldaşını isə güllələyərək öldürüb. Ağır kəllə-beyin travması alan M.Həsənov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq