ABŞ dövlət katibi Şimali Koreyaya gedir

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu həftə Şimali Koreyaya səfər edəcək.

 

APA TV-nin xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

 

Onun sözlərinə görə, səfərdə məqsəd iyulun 5-də Şimalı Koreya lideri Kim Çen Inla görüşməkdir.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda Kim Çen Inla görüşüb. Görüşün yekunlarına dair imzalanmış sənədə əsasən, KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR