Malayziyanın keçmiş baş naziri həbs edildi

Malayziyanın keçmiş baş naziri Nəcib Rezak həbs edilib.

 

APA TV-nin məlumatına görə, rəsmi şəxslər onun korrupsiya ilə mübarizə polisi tərəfindən evində saxlanıldığını bildirib.

 

Ölkənin hazırkı baş naziri Mahathir Məhəmməd “1Malaysia Development Berhad” cinayət işində adı keçən sabiq hökumət başçısının yaxın vaxtlarda məhkəməyə çıxarılacağını açıqlayıb.

 

Cinayət işində “1Malaysia Development Berhad” dövlət investisiya fondundan böyük miqdarda vəsaitin oğurlandığı qeyd olunur. Sabiq baş nazirin rəhbərlik etdiyi Birləşmiş Malay Milli Təşkilatı həmin vəsait hesabına maliyyələşdirilirmiş.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR