"Azərenerji": Belə hallar bir də təkrarlanmayacaq
"İyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-də qəza baş verib".
APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yəhya Babanlı bildirib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra ölkənin müvafiq strukturlarının, o cümlədən "Azərenerji"nin rəhbərliyinin də daxil olduğu operativ əməliyyat qrupu yaradılıb: "Tez bir zamanda nail olduq ki, Bakı şəhəri daxil olmaqla ölkənin 85%-i enerji ilə təmin edilsin. Hazırda ölkənin 100% enerji ilə təmin olunması üçün iş sürətləndirilib. Tezliklə biz buna nail olacağıq. Güman edirəm ki, ölkədə enerjinin təhlükəsizliyi günün birinci yarısında başa çatacaq".
"Elektrik istehsalında hansı resurslardan istifadə olunur?" sualına şöbə rəisi belə cavab verib: "Elektrik enerjisinin təminatı daxili resurslarımızın hesabına təmin olunur. Sadəcə, texniki səbəblərdən onun tam istifadəsi vaxt tələb edir. Ehtiyat qüvvələrin işə düşmə prosesi saatlarla vaxt aparır. Son məlumata görə, Mingəçevir İES 50 faiz gücünü bərpa edəcək. O da işə düşdükdən sonra heç bir problem yaşanmayacaq. İctimaiyyətə isə bildirmək istəyirəm ki, belə hallar bir də baş verməyəcək. Havalar isti keçəcək deyə "hər an hadisə olacaq" düşünülməsi yanlışdır. Ən əsası odur ki, son illər yaradılan möhkəm dayaq, infrastruktur bizə imkan verdi ki, enerji sisteminin fəaliyyətini bərpa etdik".
"Bəs yaranmış nasazlıqları aradan qaldırmaq üçün gün ərzində elektrik enerjisinin verilməsində fasilələrin olacağı gözlənilirmi?" sualını isə Yəhya Babanlı belə cavablandırıb: "Yox, belə bir şey olmayacaq. İstehsal başqa, ötürmə başqa, idarəetmə isə tamam başqa prosesdir. Bunlar bir-birinə mane olan proseslər deyil. Birini işə salanda digəri dayanmır. Ümumi struktura, gücə uyğun olaraq infrastruktur işlək vəziyyətə gətirilir və enerji istehsal olunur".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq