Məşhur soyğunçu həbsxanadan belə qaçırıldı - FİLM KİMİ GÖRÜNTÜ

Fransada məşhur soyğunçu Redoine Faid həbsxanadan qaçırılıb.

 

APA TV-nin məlumatına görə, soyğunçunu 3 silahlı şəxs helikopterlə qaçırıb. Hadisə bazar günü baş versə də, görüntülər dünən yayılıb.

 

Adı açıqlanmayan şirkətdən oğurlanan helikopter Parisin cənubunda yerləşən Reau həbsxanasının həyətinə endirilib. Ağır silahlı üç şəxs əvvəlcə ətrafa tüstü bombası atıb, sonra dəmir kəsən alətlə kəsdikləri qapıdan 25 il həbsə məhkum olunan 46 yaşlı Redoine Faidi qaçırıblar.

 

Əməliyyat bir neçə dəqiqə çəkib. Helikopter Parisin şimalına doğru yönəlib. Helikopter bir saat davam edən təqibin ardından Şarl de Qoll hava limanı yaxınlığında yanmış halda tapılıb. Silahlı şəxslər helikopterin sürücüsünü sərbəst buraxıb, bir neçə avtomobil dəyişməklə izlərini itiriblər.

 

Çoxlu sayda cinayət törədən Faid sonuncu dəfə 2010-cu ildə bank avtomobilini yardığı vaxt 26 yaşlı polisi öldürdüyünə görə 25 il həbs cəzası alıb. O, həyatı və iştirak etdiyi soyğunlardan bəhs edən kitab yazıb. Qanqster 13 aprel 2013-cü ildə həbsxanadan qaçmış, mayın 29-da bir hoteldə yaxalanmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR