Neft bazarında uzun müddət sabitlik olmayacaq - PROQNOZ
Xam neft bazarında qeyri-stabillik davam edir.
APA TV-nin məlumatına görə, son günlər bu sektorda qazanan tərəf ABŞ və bu ölkənin neft istehsalçıları olub.
Artıq iki marka arasında qiymət fərqi 3 dollara qədər azalıb. Ötən ayın əvvəllərində fərq 11 dollar idi. "Brent" markalı neftin bir bareli sutka ərzində ucuzlaşaraq 77,96 dollara satılır. Ötən gün bu markadan olan neft 78 dollardan baha satılırdı.
Qərbi Texas nefti isə 1 dollardan çox bahalaşıb. WTI markası hazırda 74,78 dollardan təklif olunur.
"Brent" markalı neftin ucuzlaşmasının müxtəlif səbəbləri var. Əsas səbəb bu nefti istehsal edən ölkələrdə qeyri-sabitlik, münaqişələrin davam etməsi, inflyasiyanın olması, bazara çıxarılan neftin stabil ölçüdə olmamasıdır. Qarşı tərəfdə - OPEC-in əsas rəqibi olan ABŞ-da isə istehsal davamlıdır, uzun müddətdir istehsalın həcmi artır. Neft idxalçıları neftə olan tələbatlarını ödəmək üçün ABŞ neftinə yönəlir. ABŞ OPEC-in üçüncü neft ixracatçısı olan İrana sanksiyalar tətbiq edib. Nəticədə artıq Hindistan İranın yerinə ABŞ-ı seçib. İranın neft ixracatı ABŞ tərəfindən tam bloklanacaq.
Səudiyyə Ərəbistanı İran, Venesuela, Liviya və Anqolada yaranan problemlər nəticəsində yaranan neft kəsirini aradan qaldırmaq üçün səy göstərsə də, OPEC-in gündəlik istehsalı, sadəcə, 30 min barel artıb.
ABŞ bazardakı neft kəsirini aradan qaldırmaq üçün Səudiyyə Ərəbistana təzyiq göstərir. Digər tərəfdən, Çin məhsullarına əlavə vergi tətbiq olunub. Bu səbəbdən neft bazarında uzun müddət sabitlik olmayacaq.
https://youtu.be/rtrYnzt_sHs
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq