DÇ-2018: Meksika da mundialla vidalaşdı - BRAZİLİYA 1/4 FİNALDA
Bu gün futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin daha bir qarşılaşması baş tutub. APA TV-nin xəbərinə görə, "Samara Arena" stadionunda baş tutan oyunda Braziliya və Meksika milliləri qarşı-qarşıya gəlib.
Qarşılaşma Braziliyanın açıq-aşkar üstünlüyü ilə keçib. İki Latın Amerikası ölkəsinin güclərini sınadığı matç sambaçıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun birinci hissəsində hesab açılmayıb. İlk qol 51-ci dəqiqədə Neymarın zərbəsilə qeydə alınıb - 1:0. 88-ci dəqiqədə isə Roberto Firmino ikinci qola imza ataraq komandasının qələbəsini qətiləşdirib.
Beləcə, Meksika da mundialla vidalaşıb. 1/4 final mərhələsinə keçməyi bacaran Braziliya yığmasını isə Belçika - Yaponiya cütünün qalibi qarşılayacaq.
OXŞAR XƏBƏRLƏR
14:50
428
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
417
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
464
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1007
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
946
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1045