Astara sakini dostunun gözü qarşısında dənizdə boğuldu

Astarada bir nəfər dənizdə batıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Xəzər Abbasqulu oğlu Xəzərin Astara rayonu ərazisinə düşən hissəsində çimərkən boğulub.

 

X.Abbasovun suda boğulması ilə bağlı onunla birgə çimən dostu məlumat verib. Ətrafdakıların köməkliyi ilə meyit sudan çıxarılıb. Daha sonra isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR