Ağstafada 10 km uzunluğunda yol yenidən qurulub
Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
APA TV-nin xəbərinə görə, 10 km uzunluğunda olan yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlmişdi.
Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km, Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişirdi və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunurdu. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6.2 km-dir və yolun 3.7 km-i IV texniki dərəcəyə, 2.5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu üzdən sözügedən yollar üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib: “Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilib və yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb”.
Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilib və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.
Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borular quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.
Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılıb, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.
4 mindən artıq əhalinin yaşadığı Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq