Şəkidə həkim iş başında öldü - QONŞUSU HƏBS EDİLDİ
Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Şəki şəhər sakini, 62 yaşlı həkim Ələsgər Saleh oğlu Teymurov iyunun 30-da axşam saat 22:00 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib.
Xəstəxanadan verilən məlumatda bildirilib ki, Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurov axşam saat 21:00 radələrində növbəyə gəlib. Həkim hadisə baş verən ana kimi iki çağırışa gedib. Çağırışdan qayıtdıqdan sonra o, Təcili Yardım Stansiyasının həyətində qəfildən yıxılaraq ölüb.
Ələsgər Teymurovun yaşadığı küçənin sakinləri bildirib ki, həkim vəfat etdiyi gün nahar saatlarına kimi qonşusu Şahin adlı şəxslə su sayğacının quraşdırılması zamanı mübahisə edib. Mübahisə zamanı Şahin Ələsgər Teymurovun başına kürəklə vuraraq xəsarət yetirib.
Hüquq-mühafizə orqanları həkim Ələsgər Teymurovun iş yerində qəfil ölməsi faktını təsdiqləyib. Ələsgər Teymurovun meyiti üzərində məhkəmə-tibbi ekspertizasının aparıldığı, hadisə ilə bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq