İranda çirkli sudan 350 nəfər zəhərləndi

İranda çirkli sudan 350 nəfər zəhərlənib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə İranda su çatışmazlığı problemi ilə üzləşən Xuzistan əyalətində baş verib.

 

Bölgədə 20 saat ərzində suyun kəsilməsi səbəbindən insanlar su ehtiyaclarını çeşmələrdən qarşılayıb və nəticədə zəhərləniblər. Zəhərlənənlər bölgədə olan xəstəxanalara yerləşdirilib.

 

Qeyd edək ki, İranda yağış və su qaynaqlarının az olması səbəbi ilə ölkədə su çatışmazlığı böhranı başlayıb. Bölgələrdəki çeşmələrdən gələn suyun duzluluq səviyyəsi normadan çox olduğundan, içməli su qıtlığı artmaqdadır. Bununla əlaqədar artıq Xuzistan əyalətində etiraz aksiyaları başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR