Şirvanda Azərbaycan polisinin 100-cü ildönümü qeyd olunub
Şirvanda Azərbaycan polisinin 100-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin şəxsi heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad edib. Daha sonra Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.
Şirvan şəhər Mədəniyyət Evində davam edən tədbiri Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev açaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkədə Polis Günü elan olunduğunu bildirib, daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Polis işçilərini əlamətdar gün münasibətilə təbrik edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Samit Abıyev qeyd edib ki, Azərbaycan polisi ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısıdır.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, şəhər prokuroru Həsən Hənifəyev, şəhər təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, polis veteranı Firudin Qəhrəmanov və digərləri çıxış edərək, polis əməkdaşlarını bayram münasibətilə təbrik edib.
Sonda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə orden, medal və rütbələr şəxsi heyətə təqdim edilib, həmçinin veteran polislərə və xidmətdə fərqlənən bir qrup polis işçisinə pul mükafatları verilib. Şirvanın ictimai həyatında xüsusi fərqlənən polis əməkdaşlarına Şirvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq