Azərbaycanda havanın temperaturu 46 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43 dərəcə, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.
İyulun 3-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
İyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Bildirilib ki, gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.
İyulun 3-də Azərbaycanın rayonlarında hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 40-44, bəzi yerlərdə 46 dərəcə, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
İyulun 3-4-də də ölkə ərazisində anomal qızmar hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan MR-də 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq