Zaqatalada "Mercedes" ağaca çırpıldı: 4 yaralı
Zaqatalada "Mercedes" ağaca çırpılıb, 4 nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, iyulun 1-i axşam saatlarında Balakən rayonunun Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Teymur Şəmsəddin oğlu Xipiyev idarə etdiyi “Mercedes” markalı 90 LG 494 dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü Teymur Xipiyev, onun sərnişinləri, Balakən rayon sakinləri - 1977-ci il təvəllüdlü Novruz Yusif oğlu Əlirzayev, 1985-ci il təvəllüdlü Sərxan Nadir oğlu Mirzəyev və 1971-ci il təvəllüdlü İlyas Teymur oğlu Şirinov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Xəstəxanadan APA TV-yə bildirilib ki, yaralılardan İlyas Şirinovun müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq