Şəmkirdə faciə: çobanlar xanımları ilə birlikdə göldə boğuldu
Şəmkir rayonunda süni göldə 4 nəfər batıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyəti də müəyyənləşdirilib. Ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri - Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır.
Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.
Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq