Zaqatalada kafedə ər arvadını bıçaqladı

Zaqatalada kafedə ər arvadını bıçaqlayıb.

 

APA TV-nin məlumatına görə, hadisə iyulun 1-də axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərin birində baş verib.

 

Kafedə işləyən cütlük - Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov və 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynova arasında hələ ki istintaqa məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Rəşid arvadı Kəmaləyə bir neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Xəstəxanadan APA TV-yə bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.


Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR