İsmayıllıda ot bağlamaları aparan yük maşını yanıb
İsmayıllı rayonunda avtomobildə yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Muğanlı avtomobil yolunda qeydə alınıb.
Laçın rayonunun Qarakeş kənd sakini və hazırda İsmayıllı rayonunun Xanəgah kəndində müvəqqəti yaşayan 1962-ci il təvəllüdlü Hüseynov Şahin Mütəllim oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Talıstan kəndindən Tircan kəndinə 230 ədəd ot bağlaması apararkən avtomobil qəflətən yanmağa başlayıb.
Yanğına avtomaşının yük yerinə həddən artıq hündür yığılan ot bağlamalarının elektrik naqilinə toxunması səbəb olub. Avtomobilin sürücüsü yanğından canını qurtara bilsə də, ot bağlamaları və avtomobilin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq