Astarada pay torpağında narkotik bitki əkən və rayonda heroin satan şəxslər ələ keçdi

Astarada icarəyə götürdüyü torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib becərən şəxs saxlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirib.

 

Polis əməkdaşları tərəfindən rayonun Şahağacı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Kənd sakini Xosrov Rüstəmovun icarəyə götürdüyü torpaq sahəsinə keçirilən baxış zamanı qulluq göstərərək becərdiyi 40-180 santimetr hündürlüyüdə 52 ədəd, ümumi təmiz çəkisi 10 kiloqram 250 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Həmin gün Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə narkotik vasitələrin satışı ilə məşğul olan rayon sakini Fariz Məmmədov həbs olunub. F.Məmmədov 5 bükümdə narkotik vasitə olan heroini şərti alıcıya satarkən saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən oradan da iki bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Faktlarla əlaqədar Astara RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR