Göyçayda güclü yanğın: hektarlarla taxıl sahəsi yandı
Göyçay rayonunun dağlıq ərazisində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün saat 17:00 radələrində Böyük Qafqaz sıra dağlarının cənub hissəsində, Göyçayın Qarabaqqal kəndinin vətəndaşlarına məxsus pay torpaqlarında biçilməmiş taxıl sahəsində başlayan yanğın qısa vaxtda genişlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 ədəd və İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün yanğınsöndürənlər alovun qarşısını almaq məqsədilə avtomobillərin suyundan istifadə edə bilmədiklərinə görə əsasən əl əməyindən istifadə ediblər. Yanğın 3 saatdan sonra söndürülüb. Ümumilikdə 12 hektar sahədə biçilməmiş taxıl sahəsi, quru ot, xırda ağaclar və kol-kos yanıb.
Yanğının kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq