Anomal istilər davam edəcək - BAKIDA 40 DƏRƏCƏ İSTİ OLACAQ

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİndən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-27, gündüz  37-41 dərəcə isti olacaq. Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  27-28 dərəcə  isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

 

Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

 

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 38-43 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

 

İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41 dərəcə isti olacağı gözlənilir. Bu da əksər əhali üçün  əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR