Suriyalı müxaliflər İsrail sərhədlərinə çəkilir - LİBERMANDAN XƏBƏRDARLIQ
Bəşər Əsəd Şərqi Qutanı və Hums şəhərini ələ keçirdikdən sonra Deranı ələ keçirmək üçün hücumlarını şiddətləndirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, iyunun 20-dən başlanan əməliyyatlar nəticəsində 120 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Cəddal, Lubbeyn, Harran, Harir kimi əyalətləri ələ keçirən hökumət qüvvələri artıq 317 km ərazini nəzarətə götürüb. Hücumlar nəticəsində müxaliflər İsrail sərhədinə doğru geri çəkilmək məcburiyyətində qalıb.
Artıq Suriya-İsrail sərhədindəki Qolan təpələri ətrafında yerləşən 150 min insanla bağlı İsrailin müdafiə naziri Aviqdor Liberman açıqlama verib. Öz "Tviter" hesabından etdiyi paylaşımda "Suriyanın cənubunda baş verən hadisələri yaxından izləyirik. İsrailin təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Hər zaman olduğu kimi, orada olanlara humanitar yardıma hazırıq. Ancaq heç bir suriyalı İsrail torpaqlarına daxil olmayacaq" - deyə qeyd edib.
Derada baş verənlərlə bağlı Pentaqondan da açıqlama verilib. Pentaqon sözçüsü Erik Pahon bölgədə İŞİD-lə mübarizənin onlar üçün əsas olduğunu vurğulayıb: "Biz Əsəd qüvvələri ilə münaqişədə maraqlı deyilik. Biz 77 qoldan ibarət İŞİD-lə mübarizədə daha çox maraqlıyıq. Ancaq buna baxmayaraq, Suriyanın cənubunda müttəfiqlərimizə qarşı hər hansı bir hücum olarsa, müdaxilə edəcəyik. Bunu etməyi məsləhət görmürəm. Suriyadakı hadisələrlə bağlı isə fikir mübadiləsi davam edir".
Qeyd edək ki, Helsinkidə keçiriləcək ABŞ və Rusiya prezidentlərinin görüşündə Donald Tramp Kreml rəhbərinə Suriyada gərginliyi azaltmaq üçün bir sıra təkliflər irəli sürəcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq