Əfqanıstan prezidenti: “Taliban”la atəşkəs razılaşması başa çatdı”
Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatı ilə atəşkəs razılaşmasının başa çatdığını bəyan edib.
APA TV-nin "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə “Tolo News” kanalı məlumat yayıb.
O, kanal vasitəsilə video müraciətində hərbi əməliyyatların yenidən başlayacağını deyib. Əfqanıstan prezidentinin sözlərinə görə, “Taliban”ın bir çox üzvləri sülh istəyir və atəşkəs müddəti göstərdi ki, bu hərəkat müharibədən usanıb: “Xalq göstərdi ki, onlar birləşməyə hazırdırlar. Hökumət istəyir ki, “Taliban” hərəkatını hərbi qruplaşmadan siyasi qruplaşmaya çevirsin və sülh prosesinin işə düşməsi üçün əlindən gələni etsin”.
Əfqanıstan prezidenti həmçinin bəyan edib ki, hakimiyyət talibançılar üçün təhlükəsizlik zonasının yaradılmasına və hər hansı ərazinin onlara verilməsinə razı olmayacaq.
Qeyd edək ki, iyunun 28-də Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçirilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq