Neft yenə bahalaşdı
Ötən gecə birjalarda son satışlar həyata keçirilib. APA TV-nin məlumatına görə, xam neft ciddi dəyər qazanıb.
"Brent" markalı xam neftin bir bareli iki dollara qədər bahalaşıb. Bu markadan olan neft may ayından bu yana ən baha qiymətə - 79,23 dollara satılıb.
Qərbi Texas nefti də birjaların son günü bahalaşıb. WTI markasının son qiyməti 74,31 dollar olub. Bu, sutka ərzində 1 dollarlıq bahalaşma deməkdir.
Qiymətlərin bahalaşmasının bir çox səbəbi var. ABŞ-da xam neft ehtiyatlarının böyük miqdarda azalması, bu ölkənin neft ixracının güclənməsi, İranın beynəlxalq bazara neft ixracının bloklanması, Venesuelanın neft istehsalının azalması, Liviya və Kanadada neft istehsalı ilə bağlı yaranan problemlər qiymətləri bahalaşdırır.
OXŞAR XƏBƏRLƏR
14:50
479
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
464
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
511
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1012
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
951
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1048