Yəmən ordusu husilərin limanını ələ keçirdi
Yəmən ordusu husilərə məxsus Habl limanı ələ keçirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Haccə əyalətində yerləşən Habl limanı artıq Yəmən hökumətinin nəzarətindədir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin dəstəyi ilə təşkil olunan əməliyyat zamanı 11 husi əsir götürülüb. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
limanda keçirilən axtarışlarda husilərə məxsus 2 silah-sursat anbarı da aşkarlanıb.
Xatırladaq ki, bundan bir müddət öncə Yəmən ordusu Hodeydah hava limanını ələ keçirmiş, limanı isə blokadaya almışdı.
OXŞAR XƏBƏRLƏR
14:50
479
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
464
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
511
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1012
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
951
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1048