Oğuzda keçmiş məhkum narkotik vasitə satarkən həbs edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyat-axtarış tədbiri keçirib.

 

APA TV-nin məlumatına görə, keçirilmiş tədbirlər nəticəsində əvəllər 6 ildən yuxarı məhkumluq həyatı yaşayan rayonun Muxas kənd sakini Əhmədov Tərlan Nizami oğlu iki kibrit qutusundakı narkotik vasitə hesab edilən qrudulmuş marixuananı şərti alıcıya satarkən iş başında saxlanılıb.

 

Tədbirlərinin davamı olaraq T.Əhmədovun yaşadığı evdə aparılan axtarış zamanı isə sellofan bağlamanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan bağlamanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Oğuz RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR