Tramp: "Putindən Prezident seçkilərinə müdaxilə məsələsini soruşacam"

ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ukrayna və Suriyadakı vəziyyət, həmçinin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsini müzakirə edəcək.

 

APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evdə akkreditə olunmuş jurnalistlərə bildiriblər.

 

“Ukrayna, Suriya, seçkilər. Bizim seçkilərə kimsənin müdaxilə etməsini istəmirik”, - deyə D.Tramp vurğulayıb.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR