Bakıda yataqxana binasında 5 mənzildə yanğın - SAKİNLƏR KÖÇÜRÜLDÜ

Bakının Nizami rayonunda yanğın baş verib. Hadisə metronun "Xalqlar dostluğu" stansiyasının arxasında, Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, həmin ünvanda yerləşən beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 kv/m olan birotaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 kv/m olan digər birotaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 kv/m olan birotaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 kv/m sahədə) yanıb.

 

Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR