Qəzza zolağında yenidən ara qarışdı: Güclü toqquşmalarda ölənlər olub
Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb. Onlardan biri 13 yaşlı fələstinli oğlandır.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.
Məlumata əsasən, Xan-Yunis şəhərində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 415 fələstinli də yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.
Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşü"nə başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR
14:50
478
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
463
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
510
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1012
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
951
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1048