Ağstafada şəhid Adil Tatarovun anım mərasimi keçirilib

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun anım mərasimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ölkə prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhidin təhsil aldığı orta məktəbin qarşısında xatirə kompleksinin açılışı olub.

 

Daha sonra şəhidin ata evində 40 mərasimi və anım tədbiri keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin xidmət etdiyi hərbi hissənin hərbçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Çıxış edənlər şəhid hərbçinin keçdiyi döyüş yolu, qəhrəmanlığından bəhs ediblər.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

 

Şəhid əsgər Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR