Bakıda cərimə meydançası yandı, 50-dən çox maşın külə döndü
Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.
APA TV-nin məlumatına görə, 3 hektara yaxın ərazidə quru ot sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Əkbər Novruzov bildirib ki, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 radələrində nazirliyin canlı qüvvəsi və texnikası vasitəsilə söndürülüb: "Əvvəllər də burda 2013-cü ildə yanğın baş vermişdi. Yanan avtomobillər tamamilə istifadəyə yarasızdır. Hazırda yanğının səbəbləri araşdırılır. Bölmələrimiz hadisə yerinə 6 dəqiqə ərzində çatıb. Yanğın 2-ci mürəkkəblik dərəcəsi ilə qiymətləndirilib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın və 40 nəfərdən çox şəxsi heyət cəlb olunub".
İlkin ehtimala görə, yanğın quru otların yanmasından başlayıb və daha sonra cərimə meydançasında olan maşınlara keçib.
Dayanacağın baş növbətçisi Asim İsrafilov deyib ki, Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox istifadəsiz avtomobil yanıb: "Yanğın evlərin arxasındakı zibil yeşiklərindən başlayıb. İlk öncə söndürməyə özümüz başladıq. Amma çatdırmadıq və FHN ilə əlaqə saxladıq. Yanğın dayanacağa daxil oldu. Bizim burada 1 ədəd sağlam maşınımız yanıb. DYP-nin gətirdiyi maşınlar burada saxlanılmır".
Yanğınsöndürənlər tərəfindən dərhal söndürülən yanğının daha da böyüməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq