AMEA-nın "Magistr-2018" müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA-nın keçirdiyi "Magistr-2018" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

APA TV-nin məlumatına görə, mükafatları akademiyanın prezidenti Akif Əlizadə təqdim edib.

 

Bildirilib ki, 47 magistrantın iştirak etdiyi müsabiqədə qaliblər Ekspert Komissiyası tərəfindən imtahanlarda qazanılan müvəffəqiyyət, elmi jurnallarda dərc olunan məqalələr, habelə konfrans və ictimai tədbirlərdə iştirakları nəzərə alınmaqla seçilib.

 

I, II və III yerlərin qaliblərinə müvafiq olaraq 1500, 1000 və 500 AZN məbləğində pul mükafatları və sertifikatlar təqdim olunub. Daha üç magistrant isə həvəsləndirici mükafata layiq görülüb.

 

Bundan əlavə, Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqənin də qalibləri mükafatlandırılıb.

 

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında akademiyanın professorlarından ibarət Koordinasiya Şurası yaradılıb. Bildirilib ki, şuranın məqsədi qurumun elmi-təşkilati həyatında fəal iştirak etmək, innovativ fəaliyyətin inkişafına təkan verməkdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR